12 C
Baku
25 Aprel 2025, 6:14
Baş xəbərKriminal

Narkotik plantasiyası və odlu silah-sursat aşkar edildi

Balakəndə dağlarda əməliyyat keçirilib, narkotik plantasiyası və çoxlu sayda odlu silah-sursat aşkar edilib

Balakən rayonunda DİN-in və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib. Əməliyyatlar zamanı çətin relyefli dağ-meşə massivində narkotik plantasiyası salan, dövlətlərarası axtarışda olan, oğurluq edən və üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 9 nəfər tutulub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, ucqar dağlarda yerləri müəyyən edilən narkotik plantasiyasından çəkisi 350 kiloqrama yaxın 568 ədəd çətənə kolu, eləcə də külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin, 1-i “PK” markalı pulemyot olmaqla ümumilikdə 8 odlu silah, 290 ədəd patron və 4 əl qumbarası götürülərək aidiyyəti üzrə təhvil verilib.

Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə törətdiyi cinayətə görə barəsində dövlətlərarası axtarış elan edilmiş Vüsal Ömərov və rayonun Qazma kəndində yerləşən uşaq bağçasından kompyuterləri oğurlayan İzzət Məsiyev saxlanılıb.

Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Şokoladın orta yaşlı qadınların xoşbəxtliyinə təsiri sübut olundu

Kəmalə Sultan

Prezident ruslar üçün üç aylıq viza tətbiq etməyə çağırdı

Aynur Camal

Orucluğun 19-cu gününün imsak və iftar duası

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu