26 C
Baku
23 Sentyabr 2026, 19:58
Baş xəbərKriminal

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı-FOTO

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Bugun.tv-yə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat  verilib.

Bildirilib ki, rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Arbatan kənd sakini, əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayan Elnur Bağırov saxlanılıb.

Onun məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan 338 qrama yaxın heroin, metamfetamin, 1 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Qaraçala qəsəbə sakini Rahil Kərimov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 8 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Ceki Çanla eyni filmdə çəkilən azərbaycanlı dünya çempionu kimdir?

Aynur Camal

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu