Baş xəbərDünya

“Neft-kimyaçıların verdiyi yalan vədlərə artıq inanmırıq!”

Bugun.tv xəbər verir ki, Almaniyada kansler binası qarşısında “Plastik selini dayandırın” adlı nümayiş keçirilib.

Berlində baş tutan nümayişdə 400-dən çox iqlim mühafizəsi fəalı Federal Ətraf Mühit Naziri Steffi Lemkeni dəniz zibilinə qarşı mübarizədə daha çox iş görməyə çağırıb.

“Plastik daşqınları dayandırın – hərəkətə keçmək vaxtıdır!” -deyən nümayiş iştirakçıları simvolik olaraq dənizini təmsil edərək, Federal Ətraf Mühit Naziri Steffi Lemkenə MAIL yazılı böyük bir plastik şüşə düzəldiblər.

Məlumata görə, aksiyaya səbəb mayın sonunda Parisdə BMT-nin plastik sazişi üzrə danışıqların ikinci mərhələsi olub.  “BMT-nin məcburi plastik razılaşması plastik daşqınla mübarizə üçün bizim tarixi fürsətimizdir”- Greenpeace təmsilçiləri deyib.

Greenpeace qeyd edir ki, plastik istehsalı çox böyük miqdarda məhdud resursları istehlak edir və dünyanı getdikcə daha çox çirkləndirir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, hər il dünyada 400 milyon ton plastik tullantı istehsal olunur ki, bunun da yalnız doqquz faizi təkrar emal olunur.

“Plastik böhranın həlli kimi təmiz təkrar emal nağılı bitdi, biz neft-kimyaçıların verdiyi yalan vədlərə artıq inana bilmirik”, – Greenpeace bildirib.

Mənbə: BerlinNews

Aynur Camal

Oxşar xəbərlər

Alimlər yaşlanmanı yavaşlada bilən yeni hüceyrə mexanizmini açıqladı

Aynur Camal

Netanyahu ABŞ–İran sülh danışıqlarında niyə “maneə” kimi görünür?

Aynur Camal

Ukrayna cəbhəsində döyüşlər davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu