28 C
Baku
9 İyul 2025, 11:55
Dünya

Netanyahunun iqamətgahı hücumdan sonra ilk dəfə görüntüləndi!

Hizbullahın pilotsuz uçan aparatının hücumundan sonra İsrailin baş naziri Binyamin Netanyahunun evinə dəyən ziyan göstərilib. Hizbullah qüvvələri üç gün əvvəl Qəzzanı qana bulayan İsrailin baş naziri Binyamin Netanyahunun evinə pilotsuz təyyarə ilə hücum edib. Netanyahunun evi hücumdan sonra ilk dəfə görüntülənib.

Oktyabrın 19-da İsrailin baş naziri Binyamin Netanyahunun İsrailin Qeysəriyyə bölgəsindəki evinə Hizbullah tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatının (PUA) vurduğu zərər nümayiş etdirilib.

İsrail mediası PUA-nın Netanyahunun yataq otağının pəncərəsinə dəydiyini bildirərkən, gücləndirilmiş şüşə səbəbindən İHA-nın pəncərədən keçə bilmədiyi vurğulanıb. Yayımlanan görüntülərdə hücum nəticəsində şüşənin qırıldığı və ətrafa səpələndiyi müşahidə edilib.

İsrail Baş Nazirinin ofisi hücum zamanı Netanyahu və həyat yoldaşının evdə olmadığını bildirib. Netanyahu hücumdan bir neçə saat sonra yazdığı mesajda, “Bu gün məni və həyat yoldaşımı öldürməyə çalışan İran agentləri ağrılı bir səhv etdilər” deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Pezeşkiyan türkcə şeir oxuyarkən bir məmur tərəfindən xəbərdarlıq edilib

Aynur Camal

İmran Xanın 10 illik həbs cəzası ləğv edilib, o, həbsdən çıxa bilər

Aynur Camal

Baytar pişiklə eyni çarpayıda yatmağın mümkün olub-olmadığını izah etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu