29 C
Baku
16 İyul 2024, 20:25
Dünya

Netanyahunun silah şikayətindən sonra ABŞ yük təyyarəsi Təl-Əvivə enib

İsrailin baş naziri Binyamin Netanyahunun silah şikayətindən sonra ABŞ-ın silah və sursat daşıdığı güman edilən yük təyyarəsinin paytaxt Tel-Əvivdəki Ben Qurion hava limanına eniş etdiyi açıqlanıb.

İsrail ordusu radiosunun xəbərində, “Baş nazir Netanyahunun ABŞ-dan silah daşınmasında gecikmə olması tələbindən sonra ABŞ-ın C17 tipli yük təyyarəsi İsrailə eniş etdi” ifadələrdən istifadə edilmişdir.

Xəbərdə əlavə təfərrüatlara yer verilməsə də, ABŞ və İsrail rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Dünən verdiyi açıqlamada Netanyahu 4 ay əvvəl ABŞ-dan İsrailə silah daşınmalarında “dramatik azalma” yaşandığını bildirərək, müəyyən hissələr istisna olmaqla, silahların əksəriyyətinin gəlmədiyini iddia edib.

İyunun 18-də İsrailin baş naziri Netanyahu ABŞ-ı ölkəsinə silah göndərməkdən imtina etməkdə ittiham etdiyi bir video paylaşıb.

İyunun 19-da İsrail baş nazirinin ofisi bildirib ki, ABŞ-ın İsraildəki səfiri Cek Lyu Netanyahuya döyüş sursatı və silahların İsrailə çatdırılması prosesində olduğunu deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Myanmada 2 generala “dövlətə xəyanət və korrupsiya” ittihamı ilə ömürlük həbs cəzası

Bugün TV

Rusiya 99 əsgərinin cəsədini Ukraynaya qaytarıb

Aynur Camal

Makron Qətərdə, ordusu isə Korsikadadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu