Siyasət

NetBlocks: İran iki aydan çoxdur ki, internetsiz qalıb

Bugun.tv xəbər verir ki, NetBlocks İran ərazisində internetin artıq 80 gündən çoxdur ki, demək olar tamamilə əlçatmaz olduğunu açıqlayıb.

Qurumun X sosial şəbəkəsində paylaşdığı məlumata görə, İranda internetin kəsilməsi 81-ci gününə daxil olub.

NetBlocks bildirib ki, bu hadisə indiyədək dünyada qeydə alınan ən uzunmüddətli ölkə miqyaslı internet kəsintisi hesab olunur.

Məlumata əsasən, ölkədə internet bağlantısının məhdudlaşdırılması nəticəsində milyonlarla istifadəçi qlobal şəbəkəyə çıxış imkanını itirib. İnternetin kəsilməsi həm gündəlik həyat, həm də iqtisadi və informasiya mübadiləsinə ciddi təsir göstərir.

Rəsmi Tehran məsələ ilə bağlı geniş açıqlama verməyib.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Media: Tramp ABŞ, Çin və Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı birləşməsini təklif edib

Aynur Camal

NATO rəsmisi xəbərdarlıq etdi: “Sakit dənizdə deyilik, fırtınanın içindəyik”

Aynur Camal

ABŞ nüvə başlığı daşıya bilən “Minuteman III” raketini sınaqdan keçirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu