Dünya

Nüvə silahına malik ölkələr arsenallarını modernləşdirməyə davam edir

Dünyada nüvə silahlarının yaratdığı təhlükə yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bugun.tv xəbər verir ki, SIPRI-nin (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) 2026-cı il hesabatına əsasən, nüvə silahına malik doqquz ölkə 2025-ci il ərzində öz nüvə arsenalının modernləşdirilməsi proqramlarını davam etdirib.

Hesabata görə, ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail yeni nüvə daşıyıcı sistemlərinin hazırlanması və mövcud silahların yenilənməsinə sərmayə yatırır. Hazırda dünyada təxminən 12 min 187 nüvə başlığı mövcuddur. Onlardan 9 min 745-i hərbi ehtiyatlarda saxlanılır, 4 min 12-si isə raket və təyyarələrdə yerləşdirilib.

SIPRI bildirir ki, yüksək döyüş hazırlığında olan nüvə başlıqlarının böyük əksəriyyəti ABŞ və Rusiyaya məxsusdur. Hər iki ölkə qlobal nüvə ehtiyatlarının təxminən 86 faizinə sahib olmaqla yanaşı, mövcud silah sistemlərini və istehsal infrastrukturunu yeniləməyə davam edir.

Hesabatda qeyd olunur ki, ümumi nüvə başlıqlarının sayı tədricən azalsa da, istifadəyə hazır və yerləşdirilmiş döyüş başlıqlarının sayı artır. Bu isə beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqları daha da gücləndirir.

Eyni zamanda, ABŞ ilə İran arasında nüvə proqramı ətrafında davam edən gərginlik də qlobal təhlükəsizlik gündəminin əsas mövzularından biri olaraq qalır. Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda israrlıdır, Tehran isə nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bəyan edir.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Danimarka şahzadəsi İzabella 11 aylıq hərbi xidmətə başladı

Aynur Camal

Saçları həftədə bir dəfə yumaq onların daha gec yağlanmasına kömək edirmi?

Aynur Camal

Rekord istilər təhlükəli hava buludları yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu