Image default
Dünya

Nyu-Yorkdakı məşhur qida kooperativi İsrail məhsullarının boykotuna səs verdi

Bugun.tv xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur “Park Slope Food Coop” qida kooperativinin üzvləri İsrail və işğal olunmuş Fələstin ərazilərində istehsal olunan bəzi məhsulların boykot edilməsinə səs veriblər.

“The Guardian” nəşrinin məlumatına görə, Bruklində fəaliyyət göstərən və 17 mindən çox üzvü olan kooperativdə keçirilən virtual toplantıda iştirak edən üzvlərin 68 faizi boykot qərarını dəstəkləyib. Qərarın əsasən tahini, bibər, xurma və digər məhsulları əhatə edəcəyi bildirilib.

Məlumata əsasən, səsvermədən əvvəl aylarla davam edən mübahisəli kampaniyalar və fikir ayrılıqları yaşanıb. Boykotu dəstəkləyən qruplar bunu kooperativin sosial ədalət və etik alış-veriş ənənələrinin davamı kimi qiymətləndiriblər. Onlar daha əvvəl aparteid dövründə Cənubi Afrika və Çili məhsullarına qarşı da oxşar boykotların tətbiq olunduğunu xatırladıblar.

Boykota qarşı çıxan tərəflər isə qərarın kooperativ daxilində parçalanma yaratdığını və siyasi gərginliyi artırdığını bildiriblər. Müzakirələr zamanı antisemitizm və ərəb əleyhinə ifadələrlə bağlı ittihamların da gündəmə gəldiyi qeyd olunub.

Kooperativ rəhbərliyi üzvlərə göndərdiyi açıqlamada qarşıdurmalar, təhdid məktubları, aqressiv telefon zəngləri və sosial mediada düşmənçilik hallarının artdığını vurğulayıb. Rəhbərlik bütün müzakirələrin sivil çərçivədə aparılmasının vacibliyini qeyd edib.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Çin 2030-cu ilədək hər üç avtomobildən birini elektrikli etməyi hədəfləyir

Aynur Camal

Trampın federal komissarları işdən çıxarması ABŞ-da seçki mübahisəsini alovlandırdı

Aynur Camal

İranın yeni Ali Rəhbərinin görünməməsi İslam Respublikasının yükünə çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu