Mədəniyyət

Ölümcül xəstə olan Selion Dion uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

Bugun.tv xəbər verir ki, ölümcül xəstə olan müğənni Selin Dion Los-Ancelesdə keçirilən “Qremmi” mükafatlandırma mərasiminə qatılaraq uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Bu barədə Daily Mail məlumat yayıb.

55 yaşlı ulduz səhnəyə çıxaraq “İlin albomu” nominasiyasında qalibi açıqlayıb. “Hamınıza təşəkkür edirəm, sizi sevirəm. Burada olmaqdan xoşbəxt olduğumu deyəndə, həqiqətən də bunu ürəkdən deyirəm” deyə sənətçi bildirib.

Dionun görünüşü alqışlarla qarşılanıb. Müğənnini oğlu Rene-Şarlz müşayiət edib.

2023-cü ildə müğənni əzələ sərtliyi sindromu diaqnozu ilə bədəninə nəzarəti itirib. Sənətçinin bacısı Klodette Dion mediaya bildirib ki, Selinin az öyrənilmiş xəstəliyinin müalicəsi hələ icad olunmayıb.

Bundan əvvəl Dion, müalicəyə vaxt ayırmaq niyyətində olduğunu izah edərək, xəstəlik səbəbindən Avropadakı konsertlərini ləğv etdi.

Mənbə lenta.ru

Kəmalə Sultan

Oxşar xəbərlər

“Toppuş bacı” ilə vida mərasimi keçirilir-FOTO

Nigar Məmmədova

Minik növləri

Aynur Əfəndi Zadə

“Toy Tələsi” filminin qala gecəsi baş tutdu – FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu