Sosial

Özünüməşğullar niyə muzdlu işə qayıtmaq istəmirlər? Ekspertlər səbəbləri açıqladı

Bugun.tv xəbər verir ki, mütəxəssislərin özünüməşğullar üçün fəaliyyət göstərən platformalarından biri üçün sorğu keçirib.

Sorğuya əsasən, respondentlərin 81 faizi daha yüksək gəlir əldə etmək imkanı yaransa belə, yenidən muzdlu işə qayıtmağa hazır deyil. Sorğuda iştirak edənlərin yalnız 19 faizi belə bir addım atacağını bildirib.

Araşdırmaya görə, özünüməşğulluğa üstünlük verənlərin əsas səbəbləri özləri üçün işləmək istəyi və çevik iş qrafikidir.

İqtisadçı Vladimir Mixaylovun sözlərinə görə, özünüməşğulluğun artması əmək bazarının çevikliyini gücləndirsə də, eyni zamanda işçilərin sosial müdafiə səviyyəsini azaldır.

Ekspert qeyd edib ki, ödənişli məzuniyyətin, xəstəlik vərəqələrinin və sabit sosial təminatların olmaması bu məşğulluq formasını muzdlu işlə müqayisədə daha həssas edir. Onun fikrincə, şirkətlər üçün bu model xərclərin azaldılmasına və müəyyən tapşırıqlar üzrə mütəxəssislərin daha sürətlə cəlb edilməsinə imkan yaratsa da, uzunmüddətli perspektivdə məşğulluğun qeyri-sabitliyini artıra, bəzi sahələrdə kadr çatışmazlığına və gəlir bərabərsizliyinin dərinləşməsinə səbəb ola bilər.

Psixoloq Alina Soldatenkova isə hesab edir ki, insanların daha yüksək maaşlı işdən imtina edərək özünüməşğulluğa üstünlük verməsinin əsas səbəbi təkcə maliyyə deyil, həm də müstəqillik hissidir.

Onun sözlərinə görə, vaxtını sərbəst idarə etmək, layihələri seçmək və iş yükünü müəyyənləşdirmək imkanı bir çox insan üçün prioritetə çevrilib. Bəzi mütəxəssislər üçün bu iş modeli korporativ mühitdə yaşanan peşəkar tükənmədən sonra emosional gərginliyi azaltmağa kömək edir. Bu səbəbdən özünüməşğulluq daha az gəlir sabitliyinə baxmayaraq, psixoloji baxımdan daha rahat model kimi qəbul olunur.

Sosioloq Roman Tsvetkov isə ənənəvi muzdlu əməkdən özünüməşğulluğa keçidin əmək münasibətlərinə yanaşmanın dəyişməsi ilə bağlı davamlı sosial və mədəni tendensiya olduğunu bildirib.

Ekspert vurğulayıb ki, iş getdikcə yalnız gəlir mənbəyi deyil, həm də həyat tərzinin bir hissəsi kimi qəbul edilir. İnsanlar üçün çeviklik və bir neçə fəaliyyət növünü paralel şəkildə həyata keçirmək imkanı daha önəmli olur. O əlavə edib ki, məşğulluq formasının seçimi yalnız yaşdan deyil, peşədən, gəlir səviyyəsindən və şəxsi həyat şəraitindən də asılıdır. Gənclər daha çox çevik iş modellərinə üstünlük verir, yaşlı nəsil isə sabitlik və sosial təminatları daha çox qiymətləndirir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər hovuzlardakı kəskin xlor qoxusunun əsl səbəbini açıqladı

Aynur Camal

Hər söhbəti poza biləcək 10 mövzu açıqlandı

Aynur Camal

Qərbi Azərbaycanın mədəni irsi III Konqres-Festivalda müzakirə olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu