Digər

Paltar qurutmağa görə 1500 avro cərimə tətbiq ediləcək

Bugun.tv xəbər verir ki, İspaniyanın bir sıra şəhərlərində binaların xarici görünüşünü və şəhər estetikasını qorumaq məqsədilə balkonlara paltar asılması qadağan edilib.

Qərar xüsusilə Lorka şəhərində qüvvəyə minib. Yerli idarəetmə tərəfindən qəbul edilən yeni qaydalara əsasən, küçədən görünəcək formada balkonlara paltar asmaq artıq qanun pozuntusu hesab olunacaq.

Yeni tənzimləmə yalnız geyimlərlə məhdudlaşmır. Balkon və bina fasadlarında döşək, yataq, qaz balonu və görüntü çirkliliyi yarada biləcək digər əşyaların saxlanılması da qadağan olunub.

Qaydalara əməl etməyən şəxslərə mərhələli şəkildə cərimələr tətbiq ediləcək. Yüngül pozuntulara görə 151 avrodan 750 avroya qədər, ciddi pozuntulara görə isə 751 avrodan 1500 avroya qədər inzibati cərimə nəzərdə tutulub.

Fulgencio Gil bildirib ki, qərarın əsas məqsədi şəhərin turistik görünüşünü qorumaq və sakinlərdən daxil olan şikayətləri nəzərə almaqdır.

Şəhər rəhbərliyi yeni qaydalara uyğunlaşmaq üçün sakinlərə təxminən bir ay vaxt verildiyini, müddət başa çatdıqdan sonra isə qaydaları pozanlara qarşı ciddi tədbirlər görüləcəyini açıqlayıb.

Mənbə: The Local Spain

Aynur Camal

Oxşar xəbərlər

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu