Bugun.tv xəbər verir ki, Çindən göndərilən iki pandanın bir neçə gün ərzində ABŞ-ın Atlanta şəhərindəki zooparka çatacağı bildirilib.
Çin Prezidenti Si Cinpin Ağ Evdə verdiyi açıqlamada “Pin Pin” və “Fu Şuanq” adlı pandaların bir neçə gün ərzində yeni məskənləri olan Atlantaya çatacağını və Amerika ictimaiyyəti ilə görüşəcəyini söyləyib. O, pandaların ABŞ-a gətirilməsini Çin və Amerika xalqları arasındakı dostluğun nümunəsi kimi qiymətləndirib.
Pandaların ABŞ-a göndərilməsi zooparkla Çin Vəhşi Təbiətin Mühafizəsi Assosiasiyası arasında əldə olunan mühafizə razılaşması çərçivəsində həyata keçirilir. Pekin 2024-cü ildə Atlantadakı dörd pandanı geri qaytarmışdı. Panda mübadiləsi və borcvermə proqramı isə Çin və ABŞ arasında münasibətlərin gərginləşdiyi dövrdə bir müddət dayandırılmışdı.
Çinin panda diplomatiyası
Çinin panda diplomatiyası 20-ci əsrin ortalarında başlayıb. Pekin 1950-ci illərdə pandaları Sovet İttifaqı və digər müttəfiq ölkələrə dostluq göstəricisi kimi hədiyyə edib.
ABŞ-la münasibətlərdə isə panda diplomatiyasının başlanğıcı 1972-ci ildə ABŞ Prezidenti Riçard Niksonun Çinə səfəri ilə bağlıdır. Bu səfərdən sonra Pekin Vaşinqtondakı Milli Zooparka “Lin-Lin” və “Sin-Sin” adlı iki panda hədiyyə edib.
Mənbə: Trt.haber
