26 C
Baku
17 Sentyabr 2026, 17:40
Nikol Paşinyan, Ermənistan, Rusiya hərbi bazası, Gümrü, 102-ci hərbi baza, Ermənistan-Rusiya münasibətləri, Cənubi Qafqaz, Rusiya
Dünya

Paşinyan: Ermənistanın Rusiyanın hərbi bazasına ehtiyacı yoxdur

Bugun.tv xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımadığını bildirib. Paşinyan bu fikirləri keçirdiyi mətbuat konfransında səsləndirib.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, hərbi baza ilə bağlı məsələni Rusiya tərəfi müzakirəyə çıxarıb. Onun sözlərinə görə, bazanın mövcudluğu Ermənistanın təhlükəsizliyinə əlavə imkan yaratmır.

Paşinyan bildirib ki, Rusiya Ermənistan üçün dost ölkədir, lakin ölkəsinin Rusiyanın hərbi bazasına ehtiyacı yoxdur. O, Rusiyanın bazanı çıxarmaq qərarı verəcəyi təqdirdə bunun həyata keçirilə biləcəyini, bazanın qalması halında isə onun fəaliyyətinin şərtlərinin müzakirə oluna biləcəyini deyib.

Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası Moskvanın Cənubi Qafqazdakı əsas hərbi obyektlərindən biri hesab olunur. Baza 1995-ci ildə imzalanmış razılaşma əsasında fəaliyyət göstərir. Burada quru qoşunları bölmələri ilə yanaşı, hava hücumundan müdafiə vasitələri və döyüş təyyarələri də yerləşdirilib.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ermənistan bu hərbi infrastruktura ehtiyac olmadığını hesab edərsə, Rusiyanın bazadan ayrılmağa hazır olduğunu bildirmişdi.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Bloomberg: İran blokadasının xərcləri ABŞ-ın digər bölgələrdəki hərbi imkanlarını zəiflədir

Aynur Camal

Snapchat yeniyetmələr üçün gündəlik istifadə limitləri tətbiq etməyə hazırlaşır

Aynur Camal

Alimlər insan hüceyrələri olan siçan beyni hazırladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu