Bugun.tv xəbər verir ki, Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlanıb və Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qələbəsi təsdiqlənib.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 1 milyon 476 min 769 nəfər iştirak edib ki, bu da ümumi seçicilərin 58,9 faizini təşkil edir.
Rəsmi nəticələrə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,74 faizini toplayaraq parlamentdə çoxluğu əldə edib və hökuməti formalaşdırmaq hüququ qazanıb.
Parlamentə daxil olan digər siyasi qüvvələr isə iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan hərəkatı və keçmiş prezident Robert Köçəryanın Ermənistan Alyansı olub. Güclü Ermənistan səslərin 23,27 faizini, Ermənistan Alyansı isə 9,9 faizini qazanıb.
Qeyd edək ki, seçkilərin nəticələri ilə bağlı müxalifət bəzi etirazlar səsləndirsə də, Mərkəzi Seçki Komissiyası Paşinyanın qələbəsini rəsmən elan edib.
Mənbə: DHA
