DünyaSiyasət

Cenevrədə G7 əleyhinə etirazlar polis müdaxiləsi ilə başa çatdı

Bugun.tv xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən G7 Zirvəsinə qarşı təşkil olunan etiraz aksiyaları polis müdaxiləsi ilə başa çatıb.

Məlumata görə, minlərlə nümayişçi Fransa ərazisində keçiriləcək G7 Zirvəsini etiraz etmək məqsədilə Cenevrənin Mon Repos parkında toplaşaraq şəhər mərkəzinə və Cenevrə gölü ətrafına yürüş edib. Aksiya iştirakçıları əsasən Qəzzadakı humanitar vəziyyətə diqqət çəkərək Fələstinə dəstək şüarları səsləndiriblər.

Etirazlar zamanı bəzi binalara “G7-yə yox” şüarları və Fələstin bayraqları asılıb. Lakin maskalı qrupların törətdiyi iğtişaşlar vəziyyətin gərginləşməsinə səbəb olub. Polis asayişi bərpa etmək üçün bibər qazından istifadə edib.

Hadisələr nəticəsində bir sıra avtomobillərə, ticarət obyektlərinə və bəzi beynəlxalq təşkilatların binalarına ziyan dəydiyi bildirilib.

Etirazçılar G7 ölkələrinin qlobal münaqişələrin həllində kifayət qədər addım atmadığını, həmçinin Qəzza məsələsində daha fəal mövqe sərgiləməli olduqlarını vurğulayıblar.

Qeyd edək ki, G7 Zirvəsi iyunun 15-17-də Fransanın Evian-le-Ben şəhərində keçiriləcək.

Zirvədə dünya iqtisadiyyatı, beynəlxalq təhlükəsizlik və qlobal böhranların müzakirə olunacağı gözlənilir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İsrail ABŞ-İran razılaşmasını tənqid edib

Aynur Camal

“İsrail və İran daxilindəki qüvvələr ABŞ-İran razılaşmasına qarşı çıxır”

Aynur Camal

Paşinyanın seçki qələbəsi rəsmən təsdiqləndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu