Bugun.tv xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Əməliyyat nəticəsində rayon ərazisində yerləşən çay evində bir nəfərin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Onun Şuşa şəhər sakini, əvvəllər də məhkum olunmuş Ramil Əliyev olduğu müəyyən edilib.
Daha bir oğurluq hadisəsi baş verib. Bele ki Novxanı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzində isə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxs Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Sumqayıt şəhər sakini, əvvəllər də məhkum olunmuş Elman Ələkbərov oldu müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.