Baş xəbərDünya

Pentaqon general və admiralların sayını azaldır

Pentaqon ordu strukturunu sadələşdirmək və əməliyyat səmərəliliyini artırmaq üçün general və admiralların sayının 20 faiz azaldılacağını açıqlayıb.

ABŞ Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada ordunun çəkindirmə və döyüş qabiliyyətini qorumaq üçün rəhbərlik strukturunun sadələşdirilməsi lazım olduğu bildirilib.

Bəyanatda həqiqi hərbi xidmətdə olan 4 ulduzlu general və admiral rütbələrinin sayında ən azı 20 faiz azalma olacağı vurğulanıb və Milli Qvardiyada general rütbəsinə malik şəxsi heyətin sayının da eyni nisbətdə ixtisar ediləcəyi qeyd edilib.

“BİZ DÜNYANIN ƏN SƏMƏRƏLİ MÜBARİZƏ QÜVVƏSİ OLMAĞA DAVAM EDƏCƏYİK”

Bildirilib ki, bu addımlar lüzumsuz bürokratik proseslərin əvəzinə innovasiyaları təşviq edən və əməliyyat mükəmməlliyinə üstünlük verən rəhbərlik strukturunun yaradılması məqsədilə atılıb.

Yeni tədbirlərin həyata keçirilməsi ilə müdafiə strukturunun daha çevik və təsirli olacağı bildirilən açıqlamada, “Bu tədbirlər sayəsində dünyanın ən təsirli döyüş qüvvəsi olmağa davam edəcəyik. Güc vasitəsilə sülhü təmin edərək səmərəliliyimizi, yenilikçiliyimizi və hazırlıq səviyyələrimizi artıracağıq” deyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Qırılan termometrdən ətrafa civə tökülən 2 adam xəstəxanaya qaldırıldı

İntizar Əmirova

E.Mirzəbəyli: “Belə bir təxribat gözlənilən idi”

Bugün TV

Türkiyə başsağlığı mesajı verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu