Siyasət

Peskov: “Ukrayna silahlılarının Bryansk vilayətinə daxil olması terror aktıdır”

” Ukrayna silahlılarının Bryansk vilayətinə daxil olması terror aktıdır. Hazırda həmin terrorçuların məhv edilməsi istiqamətində tədbirlər davam etdirilir”.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov  söyləyib.

“Beynəlxalq arenada biz dünya ictimaiyyətinin diqqətini bu terror hücumlarına yönəltmişik. Ukraynalı diversantlar  səhər saatlarında Bryansk vilayətinin sərhədyanı rayonuna soxulublar”,- Kremlin sözçüsü bildirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti  sərhədə sızanların məhv edilməsi üzrə əməliyyatın aparıldığını təsdiqləyib. Rəsmi məlumatlara görə, ukraynalı diversantların hücumu nəticəsində bir mülki şəxs həlak olub, bir nəfər isə yaralanıb.

Bugün TV

Oxşar xəbərlər

G7 enerji qiymətlərini azaltmaq üçün 100 milyon barel neft ehtiyatını bazara çıxaracaq

Aynur Camal

Cənubi və Şimali Koreya sərhəddə baş verən partlayışlara görə bir-birini ittiham edir

Aynur Camal

Məhəmməd Əsədullazadə: SEPAH-ın Hörmüzdəki hücumları danışıqlar prosesi ilə bağlı suallar yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu