Image default
Dünya

Pezeşkian: Biz nüvə bombası istehsal etməyə çalışmırıq və çalışmayacağıq

İran prezidenti Məsud Pezeşkian bir daha bəyan edib ki, ölkəsi nüvə bombası istehsal etmək niyyətində deyil.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pezeşkian Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında deyib: “Mən bu sessiyada bir daha açıq şəkildə bildirirəm ki, İran heç vaxt nüvə bombası əldə etmək istəməyib və etməyəcək.

Qərarın İran prezidenti Əli Xamneyinin fətvasına əsaslandığına diqqət çəkən Pezeşkian, İsrailin Qəzza və bölgədə insanlığa qarşı cinayətlərinə diqqət çəkib.

İran prezidenti Pezeşkian deyib:

“Bölgədə sülhü pozan İsrail olduğu halda, İran sanksiyalara məruz qalır. Bizim bir şeirimiz var: “Dəmirçi günahı Bəlxdə etdi / Amma Şuştərdə misgərin başını kəsdilər.” Yəni, bəziləri bölgədə qarışıqlıq yaradır, bəziləri isə sanksiyalarla cəzalandırılır”.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İngiltərə təhlükəsizlik səbəbindən İrandakı diplomatik heyətini geri çağırdı

Aynur Camal

İran: ABŞ İrana qarşı ən qabaqcıl silahlarından istifadə edir

Aynur Camal

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu