25 C
Baku
27 İyul 2024, 4:58
Baş xəbər

Politoloq T.İsmayılov “Rusiya sülhməramlıları əndazələrini aşıblar”

“Demək olar ki, bütün normalar sülhməramlılar tərəfindən kobudcasına pozulur. Baş verən hadisələr onu deməyə əsas verir ki, Rusiya bu gün Azərbaycan və Ermənistan arasında sülhü Xankəndi məsələsindən kənar görür. Əllərindən gələni edirlər ki, separatçılar rahat yaşasınlar”.

Bunu Bugun tv-yə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib.

Ekspert bildirib ki, Xankəndi və ətrafındakı qanunsuz erməni silahlı birləşmələri hələ də oralardan çıxarılmayıb: “Əlbəttə ki, separatçıların Xankəndi və ətrafında qalmağı prosesin bundan sonra da sabotaj edilmə ehtimallarının yüksək olduğunu söyləməyə əsas verir. Erməni separatçılar rus sülhməramlılarının gözü qarşısında Azərbaycan təbii sərvətlərini talan edir. Xakəndi, Ağdərə və Xocalıda təbii sərvətlərimiz vicdansızca dağıdılır. Azərbaycan öz ərazilərində monitorinqlər aparsa, orada olan bütün cinayət faktları gün kimi ortaya çıxacaq. Ona görə də sülhməramlılar prosesi dayandırmaq üçün separatçılarla əlbir olub maneə törətməyə çalışır. Monitorinq başlayana, Xankəndidə yaşayacaq azərbaycanlıların taleyi həll olunmayana qədər azərbaycanlıların Laçın yolundakı aksiyaları dayanmamalıdır. Bundan sonra hər bir ədalətsizlikyə qarşı rus sülhməramlılarına sivil etirazlarımızı davam etdirməliyik”.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyinin əməkdaşı vəfat etdi

Kəmalə Sultan

Hamburq hava limanında aprona girən silahlı şəxs saxlanıldı

Aynur Əfəndi Zadə

Aprelin 26-da gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu