4 C
Baku
15 Yanvar 2026, 6:49
Baş xəbərSiyasət

Prezident Ərdoğan Azərbaycana səfərə gəlir

Bugun.tv xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk xaricə səfərini Şimali Kipr Türk Respublikası (ŞKTC)Azərbaycan Respublikasına edəcək.

İlk səfərin vaxtı artıq müəyyənləşib. Ərdoğan 12 iyun bazar ertəsi KKTC-yə səfər edəcək. Türkiyə Prezidenti KKTC prezidenti Ersin Tatar və baş nazir Ünal Üstel ilə görüşəcək. Təkbətək görüş və iş yeməyindən sonra Prezident sarayında Tatarla birgə mətbuat konfransı olacaq. Görüşlərdə Kiprlə bağlı gələcəkdə atılacaq addımların qiymətləndirilməsi və Şərqi Aralıq dənizindəki hadisələrin müzakirəsi gözlənilir.

Prezident Ərdoğan iyunun 13-də isə Azərbaycana səfəri edəcək. Səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək və heyətlərarası görüşlər keçirəcək.İkitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində atılacaq addımların və iki ölkə arasında əməkdaşlıq sahələrinin müzakirə olunacağı görüşlərdə regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Politoloq Aqil Məmmədov: Davos ərəfəsində dünya daha riskli mərhələyə daxil olur

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Xəzər Universitetinin rəhbərliyi Ankarada işgüzar səfərdə olub FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu