Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
Dövlət başçısının paylaşımında Azərbaycan Ordusuna həsr olunmuş görüntülər yer alıb. Videoda Azərbaycanın hərbi qüdrəti, Silahlı Qüvvələrin döyüş hazırlığı və Vətən uğrunda xidmət edən hərbçilərin fəaliyyəti əks olunub.
Paylaşımda “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri! Yaşasın qüdrətli Azərbaycan Ordusu!” sözləri yer alıb.
Qeyd edək ki, hər il 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu il Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümüdür.
Mənbə: prezident.az
