25 C
Baku
27 İyul 2024, 4:15
Dünya

Prezidentin çıxışı zamanı gərginlik yaşandı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən Kosovo sessiyasında əvvəlcə Kosovo nümayəndə heyətinə, daha sonra Kosovo prezidenti Vjosa Osmani və Serbiya prezidenti Aleksandr Vuçiçə ayrılan çıxış vaxtları gərginlik yaradıb.

Maltanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının müvəqqəti prezidenti olan Vanessa Frazier Kosovo sessiyasına başlamazdan əvvəl qısa fasilə verib.

Fasilədən sonra sessiyaya başlamaq üçün söz alan Freyzer Kosovo heyəti ilə bağlı bunları deyib: “Mənə boş baxdığınızı bilirəm, amma bu BMT protokolunun məsələsidir. BMT protokolu bütün Kosovo nümayəndə heyətinə binaya daxil olmağa icazə vermədi” dedi.

Protokol “düzəliş edilmədən” sessiyanın başlamasının mümkün olmadığını bildirən Frazier, protokol yerinə yetirildikdən sonra sessiyaya davam edə biləcəklərini bildirib.

Danışıq vaxtı gərginliyi

Sessiyanın son dəqiqələrində çıxış edən Kosovo prezidenti Vjosa Osmani və Serbiya prezidenti Aleksandr Vuçiçə ayrılan çıxış vaxtı da zalda gərginliyə səbəb olub.

Dövrün prezidenti Frazier, iclas vaxtının aşıldığı səbəbiylə Vucic və Osmaniyə müvafiq olaraq 3 dəqiqə danışma vaxtı ayrılması üçün konsensusun əldə edildiyini söyləyib.

“Bu qəbul edilmədi, amma fərq etməz” dedi Vuçiç. Freyzer dedikdən sonra “Razılaşdım. Sadəcə köməkçim dedi ki, sən də eyni fikrə gəlmisən. Onun yalançı kimi göstərilməsini qəbul etməyəcəyəm” deyib və toxmağı döyüb.

Freyzer Vuçiçə 3 dəqiqə danışa biləcəyini təkrarladıqdan sonra Vuçiç ona təşəkkür edərək söz aldı.

Mənbə: TrtHaber

İntizar Əmirova

Oxşar xəbərlər

Dünya min il daha təhlükəsizdir – ALİMLƏR AÇIQLAMA VERDİ

Teymur Əziz

2 türk polis şəhid oldu

Nigar Məmmədova

Otelə hücum oldu: 3 ölü var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu