Baş xəbər

Prezidentin mətbuat katibi Dmitri Peskov neçə dil bilir?

Dmitri Peskov prezident Vladimir Putinin sağ əlidir. Vaxtilə dövlət başçısının mətbuat katibi tərcüməçi olub.

2012-ci ildən o, siyasətçini mətbuat katibi kimi müşayiət edir, xaricdə ləqəbi ilə tanınan “Kremlin səsi” kimi fəaliyyət göstərir. Peskovun ixtisası “tarixçi-şərqşünas, referent-tərcüməçi”dir. Təhsilini Moskva Dövlət Universitetində alıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hzırda hansı dillərdə danışır?

Məlumdur ki, Peskovun linqvistik arsenalında doğma dilindən başqa üç dil var: ingilis, türk və ərəb. Universiteti bitirdikdən sonra Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb: Ankarada Rusiyanın Türkiyədəki səfirliyinin növbətçi köməkçisi, attaşe, birinci, ikinci və üçüncü katibi vəzifələrində çalışıb. Peskovun dilləri, xüsusən də türk dilini bilməsi Rusiya liderlərinin işinə dəfələrlə kömək edib: 1999-cu ildə o, ATƏT-in İstanbul sammitində prezident Boris Yeltsinə tərcümə edib və artıq Vladimir Putinin rəhbərliyi altında Kremldə işləyərək, dəfələrlə dövlət başçısı ilə Türkiyə liderləri arasında görüşlərdə tərcüməçi katib kimi fəaliyyət göstərib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

Sızanaqlara qarşı vaksin hazırlanır

Aynur Camal

ABŞ-dan 907-ci düzəlişlə bağlı xatirə hədiyyəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu