Baş xəbər

Prezidentlər Şuşada güllələnmiş büstlərinə baxdılar

Bugun.tv xəbər verir ki, İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar.

Ölkə rəhbərləri Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərindən danışıblar.

Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verildi. Məhz Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr xilas edilərək Azərbaycana gətirilib. Bir müddət Bakıda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan bu büstlər Şuşa işğaldan azad olunduqdan sonra əvvəlki yerlərinə qaytarılıb.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Vətəni hər şeydən uca tutdular

Aynur Camal

Hulusi Kılıç: Can Azərbaycanın hədəfə alınması bizim ailəmizə yönəlmiş hücumdur

Aynur Camal

27 Sentyabr – Anım Günü qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu