Image default
Digər

Yaponiyanın ən bahalı meyvəsi: hər gün masaj edilən “Yubari Kral qovunu”

Yaponiyanın ən məşhur və lüks meyvələrindən biri olan “Yubari Kral qovunu” (Yubari King) dünyada da böyük maraq doğurur. Bu xüsusi qovun Yubari şəhərində yetişdirilir.

Vaxtilə kömür sənayesi ilə tanınan Yubari şəhəri zamanla kənd təsərrüfatı, xüsusilə də qovun istehsalı ilə məşhurlaşıb. Burada yetişdirilən “Yubari King” qovunu iqlim şəraiti və xüsusi becərmə üsulları sayəsində brendə çevrilib və dünyanın ən bahalı meyvələrindən biri hesab olunur.

Bu qovunu fərqləndirən əsas cəhət təkcə qiyməti deyil, həm də ona göstərilən xüsusi qayğıdır. İstehsalçılar qovunun səthini mütəmadi olaraq yumşaq şəkildə silir və sanki masaj edirmiş kimi qulluq göstərirlər. Bu proses nəticəsində qovunun qabığı hamar və estetik görünüş alır.

Həmçinin qovunun günəş şüalarını bərabər alması üçün onun istiqaməti vaxtaşırı dəyişdirilir. Bu isə məhsulun keyfiyyətinə birbaşa təsir edir.

Yaponiyada bu qovunlar bəzən hərraclarda satılır və yüksək qiymətə alıcı tapır. 2025-ci ildə rekord satış qiyməti 1 milyon yen (təxminən 6200 ABŞ dolları) olub. 2026-cı ilin may ayında keçiriləcək növbəti hərracda isə qiymətin 500 min TL-yə yaxınlaşacağı gözlənilir.

“Yubari Kral qovunu” yalnız meyvə deyil, eyni zamanda Yaponiyada prestij və status simvolu kimi də qiymətləndirilir.

Yubari qovunu

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Milyonlarla arının kütləvi ölümü araşdırılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu