Dünya

Putin keçmiş müəlliminə özü sürücülük etdi

Rusiyanın prezidenti Vladimir Putin illər sonra keçmiş alman dili müəllimi Vera Dmitriyevna Qureviçlə Moskvada görüşüb.

Bugun.tv xəbər verir ki, Putin müəlliminə gül hədiyyə edib və onunla uzun müddət söhbət aparıb.

Görüş zamanı diqqət çəkən məqamlardan biri də Rusiya liderinin müəllimini Kremlin Sarayına özünün idarə etdiyi avtomobillə aparması olub. Həmin görüntülər sosial şəbəkələrdə qısa zamanda geniş yayılıb və viral olub.

Məlumata görə, Putin və keçmiş müəllimi daha sonra birlikdə axşam yeməyi yeyiblər.

Qeyd edək ki, Vladimir Putin alman dilini xüsusilə 1985-1990-cı illərdə keçmiş Şərqi Almaniyanın Drezden şəhərində KQB əməkdaşı kimi çalışdığı dövrdə inkişaf etdirib. O, 2001-ci ildə Almaniya parlamentində alman dilində çıxış etməsi ilə də diqqət çəkmişdi.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Rusiya Ukraynaya hücumda Şimali Koreya raketlərindən istifadə edib”

Aynur Camal

ABŞ-İran gərginliyi nefti qaldırdı, birjaları vurdu

Aynur Camal

ABŞ insan haqları qrupları Trampı BMM-ə qarşı təzyiqə görə məhkəməyə verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu