Maraqlı faktlar

77 illik şirkətdə “inqilab”: cips paketləri tək rəngə keçir

Yaponiyanın 77 ildir fəaliyyət göstərən atıştırmalıq istehsalçısı Calbee yeni qərarı ilə diqqət çəkib.

Bugun.tv xəbər verir ki, şirkət tədarük zəncirində yaranan problemlər səbəbindən məhsul qablaşdırmalarında ciddi dəyişiklik edir.

Məlumata görə, ABŞ və İsrail arasında gərginlik və Hörmüz boğazı ətrafında yaranan enerji və xammal böhranı qlobal tədarükə təsir göstərib. Bu vəziyyət xüsusilə nafta və mürəkkəb kimi qablaşdırma materiallarında çatışmazlığa səbəb olub.

Şirkət bu səbəbdən kartof cipsi də daxil olmaqla 14 əsas məhsulunun paket dizaynını dəyişərək sadə qara-ağ üsluba keçmək qərarı verib. Rəsmi açıqlamada bu addım “Yaxın Şərqdə davam edən gərginliklərin yaratdığı tədarük qeyri-sabitliyinə cavab” kimi izah olunub.

Yeni qablaşdırmaların 25 may tarixindən satışa çıxarılacağı bildirilir. Şirkət məhsul keyfiyyətində heç bir dəyişiklik olmayacağını da vurğulayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Kağız və metal pul yox idi: Tarixin ən maraqlı 5 ödəniş vasitəsi

Aynur Camal

İki həftədə 31 yeni dəniz növü aşkar edildi

Aynur Camal

Samanyolunun ən böyük və ən detallı fotosu çəkildi: 60 milyon ulduz bir kadra sığdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu