Dünya

Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik etdi

Bugun.tv xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə ölkə müsəlmanlarına təbrik mesajı ünvanlayıb.

Kremlin rəsmi açıqlamasına istinadən bildirilib ki, Putin təbrikində İslam ənənələrinin əsrlərdir Rusiya cəmiyyətinin sosial və mədəni həyatında mühüm rol oynadığını vurğulayıb. Prezident qeyd edib ki, Qurban bayramı dindarları xeyirxahlığa, ədalətə, mərhəmətə və mənəvi dəyərlərə dəvət edən müqəddəs bir bayramdır.

Rusiya lideri həmçinin müsəlman icmalarının ölkənin ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndirib. Onun sözlərinə görə, müsəlman təşkilatları ailə dəyərlərinin möhkəmləndirilməsi, gənclər arasında vətənpərvərlik ruhunun artırılması, eləcə də xeyriyyəçilik fəaliyyətlərinin genişləndirilməsi istiqamətində aktiv rol oynayır.

Putin əlavə edib ki, Vətən müdafiəçilərinə və onların ailələrinə göstərilən dəstək xüsusi önəm daşıyır və bu fəaliyyət yüksək dəyərə layiqdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da 15 yaşlı məktəbli qubernatorluğa namizəd olub

Aynur Camal

Novosibirsk alimləri Marsdakı gələcək baza üçün robotları sınaqdan keçirir

Aynur Camal

Rusiya: Ukraynanın hücumlarına cavab olaraq Britaniyanın hərbi obyektləri hədəf alına bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu