25 C
Baku
27 İyul 2024, 4:11
Dünya

Putinin limuzini Toyotanın Rusiyadakı keçmiş fabrikində istehsal olunacaq

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov, Rusiyanın “Arus” markalı avtomobillərinin Sankt-Peterburqdakı köhnə zavodda istehsal olunacağını bəyan edib.

Aurus Rusiya prezidenti Vladimir Putinin limuzinlərini və yüksək vəzifəli məmurların üstünlük verdiyi lüks avtomobillərini istehsal edir.

TASS xəbər agentliyinə verdiyi açıqlamada Manturov 2023-cü ilin martında Rusiyanın NAMI adlı dövlət institutuna təhvil verilən Toyota zavodundan danışıb. Zavodun “Aurus” şirkətinə verildiyini deyən Manturov ilin sonuna kimi zavodda avtomobil istehsalına başlanılacağını bildirib.

Toyota Rusiya-Ukrayna müharibəsi səbəbindən 2022-ci ildə Sankt-Peterburqdan ayrılmışdı. Sankt-Peterburqdakı fabrikində istehsalı dayandırmaq qərarına gəldi və sonra fabrik NAMI-yə verildi.

Rusiya Avtomobil Satıcıları Assosiasiyasının məlumatlarına görə, keçən il Rusiyada 115 Aurus markalı avtomobil satılıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və yüksək vəzifəli məmurların üstünlük verdiyi Aurus, istehsal etdiyi lüks avtomobilləri ilə tanınır.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Çadır şəhərciyi yenidən hücuma məruz qaldı

Aynur Camal

Raket sınağı uğursuz oldu: O, yerə çırpıldı və partladı

Sevinc Sadıqova

Ermənistanın baş naziri Fransa Prezidentinə zəng edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu