25 C
Baku
27 İyul 2024, 3:54
Digər

Qəbirlərə baxım xidmətinin yaradılması vacibdirmi?

Qəbirlərə baxım xidməti yaradılıb. Yəni məzarlara qulluq göstəriləcək. Bəs, bu xidmət necə və hansı formada həyata keçiriləcək? Üstəlik qiymətlər də məlumdur.

Paytaxt ərazisindəki qəbiristanlıqlarda təmiz məzarlarla yanaşı, səliqəsiz məzarlara da rast gəlmək mümkündür.

Bəzən insanlar öz yaxınlarının məzarını ziyarət edib, onun ətrafında təmizlik işləri apara bilmirlər. Nəticədə məzarlıqda səliqəsiz görüntü yaranır. Burada həm tullantılar artıb, həm də qəbirlərin içərisini ot basıb.

Doğmalarının məzarını tez-tez ziyarət edə bilməyənlər üçün baxım xidməti yaradılıb. Amma bu xidmətlər müəyyən ödəniş qarşılığında bəzi şirkətlər tərəfindən həyata keçirilir. Onlar məzarların yanına çiçək qoyur və təmizlik işləri aparırlar. İnsanların bu ideyaya yanaşması isə müxtəlifdir.

Mövzu ilə bağlı Bugun.tv olaraq, şəhərdə sorğu apardıq. Paytaxt sakinlərindən biri məsələyə belə yanaşdı: “Yaxşı fikirdir. Müəyyən səbəblərdən hər dəfə qəbirstanlığa  gəlib, məzarı təmizləmək olmur. Bunu kim  düşünübsə, savab iş görüb”.

Digər sakin isə bildirdi ki, hər kəs gəlib əzizlərini özləri ziyarət etsə, daha yaxşı olar. Ölüsünə hörmət edən adamlar onu yaddan çıxarmasınlar. Vaxtaşırı gəlib həm ziyarət etsinlər, dualar oxusunlar, həm də qəbiri  səliqəyə salsınlar.

Qanunvericiliyə əsasən, qəbirlərə baxım və idarəçiliyi yerli bələdiyyələrin tabeliyindədir. Millət vəkili Azər Badamov deyir ki, qanun qəbiristanlıqlarda özəl şirkətlərin xidmətini qadağan etmir.

Millət vəkili onu da qeyd etdi ki, qəbir xidmətlərinin göstərilməsi üçün belə bir müəssisənin yaradılması yaxşı  fikirdir. Çünki ola bilsin ki, əzizini itirmiş hər hansı bir vətəndaş qəbiristanlıqdakı xidmətdən narazıdır. Özəl şirkətlərlə müqavilə bağlayıb, qarşılıqlı ödəniş və  razılıq əsasında daha yaxşı xidmətlə yararlanmaq imkanı əldə edə bilər. Burada mütləq şəkildə hər hansısa bir müəssisənin bu xidmətdən yararlanmalı kimi tələb yoxdur. Qanunda nəzərdə tutulduğu kimi heç bir müəssisə olmasa da, bələdiyyələr tərəfindən qəbiristanlıqlar qorunmalıdır. Bütün xidmətlər bələdiyyələr tərəfindən həyata keçirilməlidir.

Bəs, görəsən bələdiyyələr bu səsləndirilən fikirlərdən xəbərdardırmı? Bəzi qəbiristanlıqlardakı mənzərəyə baxdıqda bu elə də inandırıcı görünmür.

Onu da qeyd edək ki, məzarlıqlara baxım xidməti aylıq 30-40 və illik 300-400 manat olmaqla vətəndaşlara təklif edilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Suqovuşanda suyun azalmasının səbəbi məlum oldu

Nigar Məmmədova

Rusiyalı jurnalist: “Bizə dedilər ki, çəkiliş zamanı öldürənləri azərbaycanlılar, ölənləri isə erməni kimi göstərin”

Şükufə Ramizqızı

Azərbaycanlı tələbələr ABŞ-da beynəlxalq sərgidə iştirak ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu