27 C
Baku
27 İyul 2024, 3:27
Dünya

Qəzzada Səhiyyə Nazirliyindən “beynəlxalq yardım” çağırışı

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi səhiyyə sisteminin çökdüyü Qəzza zolağında sərhəd qapılarının açılması, xəstə və yaralıların müalicə üçün Qəzzadan çıxışının asanlaşdırılması üçün beynəlxalq qurum və təşkilatlardan kömək istəyib.

Xəstəxanaların xidmət göstərə bilmədiyi Qəzzada vəziyyətlə bağlı nazirlikdən yazılı açıqlama verilib.

Açıqlamada, “Qəzza zolağında səhiyyə sisteminin çökməsi, minlərlə xəstənin xaricdə müalicəyə ehtiyacı olması və işğalçı İsrailin nəzarəti ələ keçirməyə və sərhəd qapılarını bağlamağa davam etməsi şərtlərində bütün beynəlxalq qurumları və əlaqədar tərəfləri çağırırıq.” “Biz onları çıxışlarını asanlaşdırmağa çağırırıq” ifadələrdən istifadə olunub.

İsrail ordusunun dünən Rəfəhdə təcili yardımı hədəf alan hücumunu pisləyən açıqlamada Fələstin Qızıl Aypara qruplarından 2 tibb işçisinin vəzifə borcunu yerinə yetirərkən həyatını itirdiyi vurğulanıb.

İsrail ordusunun təcili yardımı hədəf alan hücumu ilə bağlı açıqlamada, “Bu, işğalçı İsrailin Qəzza zolağında səhiyyə sistemini çökdürmək və ortadan qaldırmaq niyyətini təsdiqləyir” ifadəsi işlədilib.

Qəzzanın Səhiyyə Nazirliyi mayın 28-də Rafahda Tel es-Sultan Doğum Xəstəxanasından başqa heç bir xəstəxananın fəaliyyət göstərmədiyini açıqlayıb.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra deyib: “İşğalçı İsrail ordusu Rəfahda və Qəzza zolağının şimalında səhiyyə xidmətlərinin mövcudluğunu tamamilə məhv etməyə çalışıb. Ardıcıl müalicənin öhdəsindən gələcək sağlamlıq imkanları yoxdur” deyilib.

İsrail ordusu 7 oktyabr 2023-cü ildən Qəzza zolağına etdiyi hücum və basqınlarla 160 səhiyyə müəssisəsini hədəf alıb, 55 sağlamlıq mərkəzi və 33 xəstəxananı xidmətdən çıxarıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 171 fələstinli həyatını itirib, 81 min 420 nəfər isə yaralanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Çexiyanın yeni prezidenti Kiyevə getməyi planlaşdırır

Nigar Məmmədova

Co Baydenin oğlu günahlarını etiraf etdi

Bugün TV

ABŞ prezidenti Bayden: İsrail bizim narahatlığımızı nəzərə alır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu