Image default
Baş xəbərDünya

Qəzzada dinc əhalinin sığındığı məktəbi vurdular: 3 şəhid, 15 yaralı

Nusayratda məcburi köçkün dinc əhalinin sığındığı məktəbə təşkil edilən hücumda 3 nəfər şəhid olub, 15 nəfər yaralanıb.

Oktyabrın 7-dən Qəzzada müdafiəsiz, günahsız dinc sakinləri qətlə yetirən sionist işğalçılar yenidən dinc əhaliyə hücum ediblər.

Qəzza Mülki Müdafiə İdarəsi işğal ordusunun məcburi köçkün fələstinlilərin sığındığı Nusayratdakı məktəbi bombaladığını açıqlayıb.

Açıqlamada hücum nəticəsində 3 nəfərin şəhid olduğu, 15 nəfərin yaralandığı bildirilib.

Oktyabrın 7-dən etibarən Qəzza zolağına edilən hücumlarda təxminən 17 mini uşaq və 11 min 378 qadın olmaqla 41 min 689 fələstinli şəhid olub, 96 min 625 nəfər yaralanıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İran ABŞ ilə yenidən danışıqlara başlamağa çalışır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Moskva yenidən ABŞ-dan vasitəçilik istəyir

Aynur Camal

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu