14 C
Baku
17 Aprel 2025, 18:55
Baş xəbər

Qərbi azərbaycanlı qadınlar BMT-yə müraciət etdi

Xəbər verdiyimiz kimi, 1 mart 2025-ci il tarixdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda “Qaçqınlıq və Qadınlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmiş konfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquq pozuntularına cəlb etmək idi. Konfrans iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul edilmişdi.

Sözügedən müraciət BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Sənədin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması geri qayıdış hüququnun təşviqi və bu müstəvidə humanitar məsələlərin işıqlandırılması istiqamətində səylərini davam etdirir.

Aynur Camal

Oxşar xəbərlər

SOS-quş ətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb

Aynur Camal

61 yaşını qeyd edən Prezidentin- “Həyat yolu”

Şükufə Ramizqızı

“ll dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi daim diqqət mərkəzindədir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu