24 C
Baku
11 Sentyabr 2026, 12:54
Qadın sağlamlığı
Səhiyyə

Qadınlarda yaşlanmanın gözlənilməyən amili açıqlandı

Alimlər qadınlarda yaşlanma prosesinə təsir edən gözlənilməz amili müəyyən ediblər. Araşdırmalar göstərib ki, davamlı qorxu və narahatlıq hissi orqanizmdə bioloji yaşlanmanı sürətləndirə bilər. Mütəxəssislərin fikrincə, stress və gərginlik uzun müddət davam etdikdə bu, insan bədənində hormonal tarazlığı pozur, immun sistemini zəiflədir və hüceyrələrin yenilənmə prosesinə mənfi təsir göstərir.

Tədqiqatçılar bildiriblər ki, narahatlıq vəziyyətində orqanizmdə kortizol kimi stress hormonlarının səviyyəsi yüksəlir və bu da hüceyrələrin daha tez zədələnməsinə səbəb olur. Nəticədə qadınlarda həm xarici görünüşdə dəyişikliklər, həm də daxili orqanların funksiyalarında zəifləmə müşahidə oluna bilər.

Alimlər qadınlara psixoloji sağlamlığa xüsusi diqqət yetirməyi, stressi azaltmaq üçün istirahət, fiziki aktivlik və sağlam həyat tərzi vərdişlərini tövsiyə edirlər.

Mənbə: Gazeta.ru

Aynur Camal

Oxşar xəbərlər

Payız allergiyası niyə artır? Həkimlər səbəbləri açıqladı

Aynur Camal

Alimlərdən maraqlı nəticə: Qarın piyləri testosterona yaşdan daha çox təsir edə bilər

Aynur Camal

Həkim xəbərdarlıq etdi: yaşıl çayın bəzi formaları qaraciyərə zərər verə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu