12 C
Baku
28 Aprel 2026, 20:33
Digər

Qahirə Universitetində Azərbaycan dili öyrənən tələbələr təltif olundu – Bugün TV

Bugün.TV-yə daxil olan məlumata görə, Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dilini öyrənən və yüksək nəticələr göstərən tələbələr üçün mükafatlandırma mərasimi keçirilib.

Tədbir Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təşkil olunub. Mərasimdə çıxış edən cəmiyyətin sədri, eyni zamanda Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri Seymur Nəsirov Misir və Azərbaycan xalqları arasında əlaqələrin tarixən yüksək səviyyədə olduğunu və bu münasibətlərin hazırda da uğurla inkişaf etdiyini bildirib.

O, həmçinin İlham Əliyev tərəfindən Azərbaycan dilinin beynəlxalq səviyyədə yayılmasına xüsusi önəm verildiyini vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Fərhad Məmmədov qeyd edib ki, Misirdə Azərbaycan dilinə marağın artması iki ölkə arasında dostluq münasibətlərinin göstəricisidir. O, cəmiyyətin elmi və mədəni əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək tələbələrə uğurlar arzulayıb.

Tədbirin sonunda Azərbaycan dili üzrə fərqlənən 18 tələbəyə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, hazırda cəmiyyət nəzdində fəaliyyət göstərən kurslarda 61 ölkədən 680-dən çox tələbə ödənişsiz təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim” qiraəti, xalçaçılıq və muğam sənəti kimi istiqamətlər daxildir.

Qahirə Universiteti Azərbaycan dili tədrisi,  Misir Azərbaycan dostluğu
Aynur Camal

Oxşar xəbərlər

Tramp: İran ABŞ-dan Hörmüz boğazının tezliklə açılmasını istəyir

Aynur Camal

Ukrayna parlamenti hərbi vəziyyət və səfərbərliyi daha 90 gün uzatdı

Aynur Camal

Araşdırma: Arılar həqiqətən sayma qabiliyyətinə malikdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu