DünyaHadisə

Qlobal istiləşmə 46.000 il yatmış qurdları oyatdı!

Qlobal istiləşmə qurdları üzə çıxartdı

Bugun.tv xəbər verir ki, Rusiyanın Sibir bölgəsində 46 min il yatmış qurdlar ərimiş torpağın altından çıxarılıb.

Buna səbəb kimi qlobal istiləşmə göstərilir. İqlim dəyişikliyinin yaratdığı həddindən artıq isti dalğaları Sibirdə donmuş torpaqlara öz təsirini göstərib.

Uzunluğu 1 millimetrdən az olan bu qurdlar “kriptobioz” adlanır. Bu növün minlərlə il öncə yuxuya getdiyi bildirilib.

Aşkarlanan qurdlar üçün xüsusi qab hazırlanıb və onlar burada bir neçə həftə nəzarətdə olublar.

Onların çoxalması da təmin edilib. Lakin qurdlar yumurta qoyduqdan bir neçə ay sonra ölüblər.

Teymur Əziz

Oxşar xəbərlər

Pakistanda avtobus sərnişini dərəyə düşdü, ölənlər var

Nigar Məmmədova

“Çinin təsirli vasitəçilik potensialı var, amma…”

Nigar Məmmədova

Hava limanında çaxnaşma! Təcili eniş zamanı uçuş-enmə zolağının yanında yanğın baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu