Qlobal texnologiya bazarında diqqətçəkən dəyişiklik baş verib. Omdia tərəfindən açıqlanan 2026-cı ilin ilk rüb hesabatına görə, Samsung smartfon satışlarında yenidən birinci yerə yüksələrək əsas rəqibi Apple-ı geridə qoyub.
Hesabata əsasən, dünya üzrə smartfon bazarı cəmi 1% artım göstərərək ümumilikdə 298,5 milyon ədəd satışa çatıb. Samsung bu dövrdə 65,4 milyon cihaz sataraq bazarın 22%-nə sahib olub və ötən illə müqayisədə satışlarını 8% artırıb.
Şirkətin yenidən zirvəyə yüksəlməsində Galaxy S26 seriyasının uğurlu satışları əsas rol oynayıb.
Digər tərəfdən, Apple 60,4 milyon iPhone satışı ilə 20% bazar payı əldə edərək ikinci yerə geriləyib.
Siyahıda üçüncü yerdə Xiaomi qərarlaşıb. Şirkət illik müqayisədə 19% azalma yaşasa da, 33,8 milyon satışla bazarın 11%-ni qoruyub. OPPO 30,7 milyon satışla dördüncü, Vivo isə 21,3 milyon cihaz satışı ilə beşinci olub.
Analitiklər qeyd edirlər ki, yaddaş çiplərinin qiymətinin artması səbəbilə ilin ikinci yarısında bazarda daralma baş verə bilər və bu, şirkətlərin gəlirliliyinə mənfi təsir göstərə bilər.
Mənbə: EnSonHaber
