Baş xəbərİdman

QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir

Bugun.tv xəbər verir ki, idman sahəsində fəaliyyət göstərən QOLAT Sport Service müxtəlif formatlı idman tədbirlərinin təşkili, komanda formalarının hazırlanması və korporativ idman geyimlərinin dizaynı istiqamətində xidmətlər göstərir.
Şirkətin fəaliyyət istiqamətlərinə korporativ və şirkətdaxili turnirlərin, universitet və tələbə yarışlarının, uşaq turnirlərinin, eləcə də futbol, minifutbol, voleybol, basketbol, stolüstü tennis, badminton, şahmat və digər idman növləri üzrə yarışların təşkili daxildir.
QOLAT Sport Service tərəfindən idman kamplarının təşkili də həyata keçirilir. Şirkətin son layihələrindən biri Villarreal CF Camp Baku olub. Üç gün davam edən düşərgədə gənc futbolçular Villarreal CF məşqçilərinin rəhbərliyi ilə peşəkar hazırlıq keçib və bacarıqlarını nümayiş etdiriblər. Düşərgənin qalibi Əli Hüseynli olub.
Şirkət eyni zamanda tədbirlərin açılış, final və mükafatlandırma mərasimlərini təşkil edir, foto-video çəkiliş və media dəstəyi göstərir.
QOLAT Sport Service-in digər fəaliyyət istiqaməti isə futbol və müxtəlif komanda formalarının hazırlanmasıdır. Şirkətlər üçün korporativ idman geyimləri hazırlanır, xüsusi dizayn, loqo, ad və oyunçu nömrələrinin tətbiqi həyata keçirilir.
Qeyd edək ki, QOLAT Sport Service 2015-ci ildən idman tədbirlərinin təşkili və idarə olunması sahəsində fəaliyyət göstərir. Şirkət həmçinin 2023-cü ildən futbolçu transferləri istiqamətində QOLAT Football Agency adı ilə fəaliyyət göstərir.
Şirkət idman tədbiri keçirməyi, komanda formaları hazırlatmağı və ya korporativ idman layihəsi həyata keçirməyi planlaşdıran qurumları əməkdaşlığa dəvət edir.
Əlaqə: (+994) 55 891 98 98

Bugün TV

Oxşar xəbərlər

Rusiyada dron təhlükəsi: Azərbaycan-Rusiya reysləri də risk altında – xarici aviaşirkət uçuşları dayandırdı

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar üzrə regional mərkəzə çevrilə bilər

Aynur Camal

Araşdırma: Çox kofein qəbul edənlər daha az, amma daha dərin yata bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu