Dünya

Rekord istilər: Vətəndaşlar kondisioner almaq üçün mağazalara axışdı

Bugun.tv xəbər verir ki, Avropada müşahidə olunan güclü isti hava dalğası Fransada həyatı çətinləşdirib. Havanın rekord həddə çatdığı ölkədə sakinlər sərinləmək üçün kondisioner almağa üz tutub və mağazalarda böyük növbələr yaranıb.

Meteoroloqlar yüksək temperaturun həftəsonunadək davam edə biləcəyi barədə xəbərdarlıq ediblər. Böyük Britaniyada iyun ayı üzrə yeni temperatur rekordu qeydə alınıb və ölkənin cənubunda havanın temperaturu 36,1 dərəcəyə yüksəlib.

Fransanın paytaxtı Parisdə isə temperatur 40,9 dərəcəyə çataraq iyun ayı üçün rekord göstərici olub. Ölkənin cənub-qərbində yerləşən Pissos qəsəbəsində isə termometrlər 44,3 dərəcəni göstərib.

Fransa rəsmilərinin məlumatına görə, isti hava şəraiti ilə əlaqədar 48 nəfər suda boğularaq, iki uşaq isə avtomobildə istidən həyatını itirib. Beləliklə, ölkədə istilərlə əlaqəli ölənlərin sayı 50-yə çatıb.

Həddindən artıq istilərdən qorunmaq istəyən vətəndaşlar kondisioner almaq üçün mağazalara axışıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların məhdud sayda olan kondisionerləri əldə etmək üçün yarışdığı əks olunub.

Məlumata görə, Fransada evlərin cəmi 25 faizində kondisioner var. Bu göstərici İspaniya və İtaliyada 50 faiz, ABŞ və Yaponiyada isə 90 faiz təşkil edir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

“Pambıq şəkərdən daha yüngül” iki nəhəng ekzoplanet aşkar edildi

Aynur Camal

Son 24 saatda dünyada 4 güclü zəlzələ baş verdi

Aynur Camal

Az yatmaq niyə kökəldir? Mütəxəssislər səbəbləri açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu