25 C
Baku
27 İyul 2024, 4:07
Dünya

“Remal” tropik siklonu ölümlərə səbəb oldu

İlin ilk böyük qasırğası olan “Remal” tropik siklonu Hindistan və Banqladeşi vurub. Qasırğa nəticəsində ən azı 16 nəfər həyatını itirərkən, milyonlarla insan işıqsız qalıb.

Banqladeşli iqlim mütəxəssisi Liakath Ali bir çox yerdə suların qalxdığını və drenaj sistemlərini gərginləşdirdiyini ifadə edərək, “Bir çox insan qapalı vəziyyətdə qalıb. Milyonlarla insanın işıqsız və ya sığınacaqsız qalacağı daha uzun bir gecə olacaq. İnsanların necə olacağı barədə heç bir fikri yoxdur. Evlərinə, torpaqlarına və heyvanlarına çox ziyan dəydi” deyib.

Banqladeşdə ən azı 10 nəfər həyatını itirərkən, təxminən 35 min ev dağılıb, 115 min evə isə qismən ziyan dəyib.

Hindistanda 6 nəfər ölüb, onlardan 4-ü elektrik cərəyanı vurub, 1200 elektrik dirəyi və 52 ağac aşıb. Səlahiyyətlilər hər iki ölkədə təxminən 1 milyon, Banqladeşdə təxminən 800 min və Hindistanda təxminən 110 min insanın sığınacaqlara sığındığını açıqlayıb.

UNICEF-in Banqladeş nümayəndəsi Şeldon Yett bildirib ki, 8,4 milyondan çox insan, o cümlədən 3,2 milyon uşaq sağlamlıq, qidalanma, sanitariya və təhlükəsizlik baxımından risk altındadır.

Küləyin sürəti saatda 135 kilometrə çatan siklon dünən axşam saatlarında Banqladeşin cənubundakı Monqla limanı və Hindistanın Qərbi Benqal bölgəsindəki Saqar adaları ətrafından keçərək quruya çıxıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna Baş Qərargahı Klişçiyevka kəndinin azad edildiyini açıqladı

Bugün TV

H.Matsuno: “Yaponiya hökumətinin Rusiya ilə münasibətlərə dair mövqeyi  dəyişməyib”

Nigar Məmmədova

Hindistanın adı dəyişdirildi?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu