Maraqlı faktlar

Robot tozsoran həvəsi 8 yaşlı uşağı YouTube fenomeninə çevirdi

ABŞ-ın Florida ştatında yaşayan 8 yaşlı Wyatt Biggs robot tozsoranlara olan marağı sayəsində sosial şəbəkələrdə tanınan texnologiya məzmunu müəllifinə çevrilib. O, hələ 3 yaşından etibarən evdəki robot tozsoranları araşdırmağa başlayıb, zaman keçdikcə isə onları söküb yenidən yığmağı öyrənib.

Ailəsinin dəstəyi ilə Wyattın marağı böyük kolleksiyaya çevrilib. Hazırda onun kolleksiyasında 50-dən çox robot tozsoran var. Kiçik yaşına baxmayaraq, nasaz cihazların bir çoxunu özü təmir edir və bu prosesləri videoya çəkərək izləyiciləri ilə bölüşür.

Ailəsi evdə eyni anda işləyən çoxsaylı robotların yaratdığı səs-küyü nəzərə alaraq Wyatt üçün xüsusi “robot tozsoran saatı” ayırıb. Məhz bu ideya sonradan “Wyatt’s World of Roombas” adlı YouTube kanalının yaranmasına səbəb olub.

Kanaldakı robot tozsoranların sınağı, təmiri və icmallarına həsr olunan videolar milyonlarla baxış toplayıb. YouTube gəlirləri, müxtəlif əməkdaşlıqlar və robot tozsoran mövzulu məhsul satışları hesabına ailənin aylıq gəlirinin ən yüksək dövrdə təxminən 1 800 ABŞ dollarına çatdığı bildirilir.

Kiçik yaşlı texnologiya həvəskarının hekayəsi sosial şəbəkələrdə böyük maraq doğurmaqda davam edir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Memar damını 7 min gil fincanla örtərək evi 5 dərəcə sərinlətdi

Aynur Camal

Futbol, qaçış və kəndirçəkmədə artıq humanoid robotlar yarışır

Aynur Camal

Çin internetində qəribə iddia: Tan sülaləsi heç vaxt mövcud olmayıb?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu