Maraqlı faktlar

ABŞ-da yerləşən “Pando” adlı nəhəng canlı mavi balinadan 40 dəfə ağırdır

ABŞ-ın Yuta ştatındakı Fishlake Milli Meşəsində yerləşən “Pando” adlı nəhəng titrək qovaq koloniyası dünyanın ən böyük canlı orqanizmi hesab olunur. İlk baxışdan adi meşə təsiri bağışlasa da, ərazidəki 40 mindən çox ağac əslində yeraltında yerləşən vahid kök sistemi vasitəsilə bir-birinə bağlıdır və tək bir canlı orqanizmi təşkil edir.

Alimlərin hesablamalarına görə, Pando təxminən 43 hektar ərazini əhatə edir və ümumi çəkisi 6 min tona yaxındır. Bu isə onu dünyanın ən böyük heyvanı olan mavi balinadan təxminən 40 dəfə ağır edir.

Mütəxəssislər Pandonun dəqiq yaşını müəyyən edə bilməsələr də, onun minlərlə, hətta on minlərlə il əvvəl formalaşdığını ehtimal edirlər. Orqanizmin əsas xüsusiyyəti köhnə gövdələr məhv olduqca eyni kök sistemindən yeni pöhrələrin çıxmasıdır. Bu proses sayəsində Pando özünü davamlı yeniləyərək uzun müddət yaşamağı bacarır.

Alimlər bu unikal canlı orqanizmi həm ekoloji baxımdan, həm də bitkilərin uzunömürlülüyünü öyrənmək üçün mühüm təbii laboratoriya hesab edirlər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Ən qədim çörək nümunələrindən biri 14 400 il əvvələ aiddir

Aynur Camal

Şüşə liflərindən hazırlanan libas 1893-cü ildə moda dünyasını heyrətləndirib

Aynur Camal

Günəş panelləri elektrik xərclərini azaltmağa kömək etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu