Dünya

FIFA-da böhran dərinləşir: Avropa futbol qurumları İnfantinoya dəstəyi geri çəkir

FIFA prezidenti Canni İnfantinoya qarşı narazılıq daha da artır. Bir sıra Avropa futbol federasiyaları onun yenidən prezident seçilməsinə verdikləri dəstəyi geri götürərək təşkilat rəhbərliyində islahatların vacibliyini vurğulayıblar.

The Guardian yazır ki, İngiltərə, Uels, Finlandiya və Serbiya futbol assosiasiyaları əvvəllər İnfantinonun namizədliyini dəstəkləsələr də, artıq bu qərardan imtina ediblər. İsveç Futbol Assosiasiyası isə onun 2027–2031-ci illər üçün yenidən prezident seçilməsinə açıq şəkildə qarşı çıxıb.

Narazılığın əsas səbəbi FIFA-nın Dünya Kubokunun kommersiya hüquqlarını idarə etmək üçün yaradılması planlaşdırılan yeni qurumun 20 faiz payını özəl investorlara satmaq təşəbbüsü olub. Güclü etirazlardan sonra bu layihə ləğv edilsə də, UEFA rəhbərliyi təşkilatda idarəetmə və şəffaflıqla bağlı ciddi suallar qaldırıb.

Məlumata görə, UEFA hüquqşünasları layihə ilə bağlı bütün sənədlərin qorunmasını tələb edib və məsələ ilə bağlı hüquqi addımların atılması ehtimalı da nəzərdən keçirilir. Eyni zamanda, FIFA daxilində İnfantinonun gələcək taleyi və mümkün alternativ namizədlərlə bağlı müzakirələr intensivləşib.

Buna baxmayaraq, İnfantino Afrika, Cənubi Amerika və Asiyanın bəzi futbol federasiyalarının dəstəyini hələ də qoruyur. Lakin Avropa futbol qurumlarının ardıcıl etirazları onun növbəti prezident seçkilərində mövqeyini zəiflədə bilər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

2026-cı ilin ən varlı koreyalı aktrisası kimdir?

Bugün TV

Çimərliyə PUA hücumu nəticəsində ölənlərin sayı 8-ə çatdı

Aynur Camal

Ərzincanda Urartu dövrünün izləri aşkarlanıb

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu