“Rusiya ABŞ-ın Moskvadakı səfirliyinə Yeni START Müqaviləsində Rusiyanın iştirakının dayandırılması ilə bağlı rəsmi nota təqdim edib”.
Bugun.tv xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a bildirib.
“Amerikalılar qərarımızın bəzi təfərrüatları ilə maraqlandılar. Xüsusilə də, bu halda zəruri olduğu üçün rəsmi bildirişin nə vaxt veriləcəyini soruşdular. Bildirdik ki, Rusiya prezidenti Vladimir Putin qəbul edilmiş müvafiq qanunu imzalayan kimi dərhal rəsmi bildiriş gələcək. Bu da dünən edilib”, – Ryabkov söyləyib.
O həmçinin qeyd edib ki, ABŞ nümayəndələri qapalı kanallarla bağlı son müzakirələr zamanı başqa aspektlərlə də maraqlanıblar.
“Ümid edirəm ki, verdiyimiz izahatlar hərtərəfli olub”, – deyə diplomat bildirib.
Rusiya və ABŞ arasında 2010-cu il aprelin 8-də Praqada imzalanmış müqavilədə hər iki ölkənin nüvə arsenallarının azaldılmasını nəzərdə tutur.
Putin Federal Məclisə müraciətində Rusiyanın müqavilədə iştirakını dayandırmaq qərarını açıqlayıb. Prezident vurğulayıb ki, Rusiya müqavilədən çıxmır. Lakin müqavilə bərpa olunmazdan əvvəl digər NATO dövlətlərinin – Böyük Britaniya və Fransanın nüvə arsenallarının müqavilə çərçivəsində necə hesablanacağını anlamalıdır.