DünyaSiyasət

Rusiya, İran, Türkiyə və Suriya müdafiə nazirləri dördtərəfli danışıqlar aparıblar

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İran, Suriya və Türkiyədən səfərdə olan həmkarları Məhəmməd Rza Aştiani, Əli Mahmud Abbas və Hulusi Akar ilə Suriyada təhlükəsizliyin gücləndirilməsi və terrorla mübarizə tədbirlərini müzakirə ediblər.

Bugun.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Moskvada Rusiya, İran, Suriya və Türkiyə müdafiə nazirləri arasında dördtərəfli danışıqlar keçirilib. Tərəflər Suriyada təhlükəsizliyin möhkəmləndirilməsi və Suriya -Türkiyə münasibətlərinin normallaşdırılması sahələrində praktiki addımları müzakirə ediblər”, – nazirlik bildirib.

Məlumata görə, Suriyada terror təhlükələrinə qarşı mübarizə və ekstremist qruplarla mübarizəyə xüsusi diqqət yetirilib.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Polşa Rusiyanı hava məkanını pozmaqda ittiham edir

Aynur Camal

UEFA FİFA-nı boykot etməyə hazırlaşır – Dünya Kubokunun satışı planına etiraz

Aynur Camal

Məhəmməd Əsədullazadə: Rusiya–Ermənistan münasibətlərində gərginlik dərinləşir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu