Rusiyam məlumat yaydı
Baş xəbərDünya

Rusiya kəşfiyyatı: “Moskvadakı terror aktının arxasında ABŞ, Böyük Britaniya və Ukrayna dayanır”

Bugun.tv xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Moskvadakı “Crocus City Hall” konsert salonunda törədilən terror aktının arxasında ABŞ, İngiltərə və Ukraynanın olduğunu iddia edib.

Bortnikov Rusiya Baş Prokurorluğunun genişləndirilmiş iclasından sonra jurnalistlərə açıqlamalar verib. Moskvadakı terror aktının arxasında ABŞ, İngiltərə və Ukraynanın olub-olmaması ilə bağlı sualı cavablandıran Bortnikov deyib: “Biz belə hesab edirik. Artıq əlimizdə olan fakturadan danışırıq. Bu, ümumi məlumatdır, lakin onlar həm də böyük qazanc əldə edirlər.”

Moskvada terror aktını törədənlərin Ukrayna ərazisinə getməyi planlaşdırdıqlarını deyən Bortnikov, bu şəxslərin Ukrayna ərazisində gözlənildiyi barədə ilkin məlumatlara malik olduqlarını bildirib. Ukrayna ərazisində bu hücumu həyata keçirənlərin “qəhrəman” kimi qarşılanmaq istədiklərini bildirən Bortnikov terror aktının təhrikçisinin hələ müəyyən edilmədiyini bildirib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Hindistan kinosunun əfsanəvi filmi Bakıda böyük maraqla qarşılandı

Aynur Camal

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu