Baş xəbər

 Rusiya Təhlükəsizlik Şurasının katibi  Əlcəzairə səfər edib

Bugun.tv TASS-a istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bazar ertəsi Əlcəzairə səfər edib.

O, “Rusiya-Əlcəzair təhlükəsizlik əməkdaşlığı məsələlərinə dair bir sıra görüşlər keçirməyə hazırlaşır”, – Təhlükəsizlik Şurasından bildiriblər.

Nikolay Patruşev təhlükəsizlik məsələləri ilə bağlı digər ölkələrdən olan həmkarları ilə müntəzəm əlaqə saxlayır. Bura Əlcəzair də daxildir.

Məsələn, Rusiya və Əlcəzair 2022-ci ilin martında Moskvada təhlükəsizlik üzrə məsləhətləşmələr aparıb və Patruşev aprel ayında Rusiyanın paytaxtında bu ölkənin xarici işlər naziri Ramtane Lamamra ilə görüşüb. Rusiya Təhlükəsizlik Şurasının katibi sonuncu dəfə 2018-ci ilin yanvarında Əlcəzairə səfər edib.

Rusiya və Əlcəzair 1962-ci ilin martında diplomatik əlaqələr qurub və 61 ilə yaxındır ki, saxlayırlar. İki ölkə 2016-cı ildə strateji dialoqa başlayıb ki, bu da onlara beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri üzrə mütəmadi olaraq fikir mübadiləsi aparmağa imkan verir.

Bugün TV

Oxşar xəbərlər

Kimlərin pensiyalarına aylıq əlavə ediləcək? — Vüqar Bayramov açıqladı

Aynur Camal

Azərbaycanlı alim Misirdə beynəlxalq münasibətlərə dair seminarda çıxış etdi

Aynur Camal

“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac və ting əkdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu