25 C
Baku
27 İyul 2024, 4:50
Dünya

Rusiyada LGBT hərəkatının fəaliyyəti qadağan edildi

Bugun.tv xəbər verir ki, Rusiyada məhkəmə LGBT hərəkatının “ekstremist” hesab edilməsi və fəaliyyətinin qadağan edilməsi barədə qərar çıxarıb.

Belə ki, Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin müraciəti əsasında ölkədə LGBT hərəkatının fəaliyyəti ilə bağlı iclas keçirib.

İctimaiyyətə qapalı keçirilən toplantıda LGBT hərəkatının ekstremist hesab edilərək fəaliyyəti qadağan olunub.

Rusiya Ədliyyə Nazirliyinin açıqlamasında LGBT hərəkatının fəaliyyətində sosial və dini ayrılıq elementlərinin aşkar edildiyi və bunun qanuna zidd olduğu bildirilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin ötən il imzaladığı fərmanla ölkədəki homoseksual münasibətlər “Rusiya cəmiyyəti üçün dağıdıcı ideyalar və dəyərlər” sırasına daxil edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Avstraliyada komendant saatı elan edildi

Teymur Əziz

Futbolun başına ilk dəfə bir qadın keçdi

Aynur Camal

Film rejissoru silahlı şəxslər tərəfindən qaçırıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu