Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xəbərdarlıq edib ki, xarici hərbi birləşmələrin Ukraynaya göndərilməsi nüvə gücləri arasında birbaşa münaqişəyə gətirib çıxaracaq.
Fransanın müdafiə naziri Sebastien Lecornunun “Ukraynada qeyri-nüvə çəkindirici qüvvələrin yerləşdirilməsinə diqqət yetirilməlidir” açıqlamasına gəlincə, Zaxarova digər Qərb rəsmilərinin də bu məsələni gündəmə gətirdiyini bildirib.
Zaxarova, “Ukraynaya xarici hərbi birləşmələrin göndərilməsi birbaşa nüvə gücləri arasında qarşıdurmaya səbəb olacaq. Bu, fəlakətlə nəticələnəcək. Avropanın bir çox ölkəsi Fransanın bu təklifini dəstəkləmədi. Rusiyaya mane olmaq və strateji baxımdan məğlub olmaq cəhdlərinin uğursuz nəticələndiyini xatırladıb.
Ukraynanın NATO-ya daxil olma ehtimalını dəyərləndirən Zaharova, “Kiyevin NATO-ya dəvət edilməsi nə indi, nə də gələcəkdə Rusiya ilə danışıqlar mövzusu ola bilməz” deyib. O, bu məsələnin Ukraynada müharibənin səbəblərindən biri olduğunu bildirib.
ABŞ və Yaponiyanın təşkil etdiyi “Keen Sword” birgə hərbi təliminə də toxunan Zaharova, “Bu kimi təlimlər Asiya Sakit Okean bölgəsində gərginliyin səviyyəsini artırır. Bu, Rusiya və Çini mühasirəyə alma cəhdinin elementidir” deyə bildirib.
Mənbə: İLKHA